"Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Kanada vətəndaşlarını Livanı tərk etməyə çağırırıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melanie Coli bildirib.

"Livandakı kanadalılar kommersiya uçuşları hələ də mövcud olduğu müddətdə ölkəni tərk etməyi düşünməlidirlər. Çünki Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabitləşir", - deyə nazir "X"də yazıb.