Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox pilotsuz uçuş aparatı (PUA) göndəriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkəyə 800-dən çox "SkyRanger R70" model göndəriləcək.

Açıqlamada, ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.

 

Gözəl Həşimova