Kanada müxalif siyasətçi Aleksey Navalnının ölümündən sonra bazar günü Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melanie Jolie açıqlamasında bildirib.

O qeyd edib ki, son sanksiyalar altı Rusiya rəsmisini, o cümlədən yüksək rütbəli Rusiya məmurlarını, prokurorluq, ədliyyə və islah müəssisələrinin əməkdaşlarını hədəf alacaq.