Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi rəsmən qüvvəyə minib.

Qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya məhdudiyyətlər qoyulub.

Sanksiyalara məruz qalanlar arasında ifaçı Qriqori Leps, teleaparıcı Boris Korçevnikov, rejissor Nikita Mixalkov, deputatlar Aleksandr Jukov və Anastasiya Udaltsova da var.