İtaliya A Seriyasında XXXIV tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçirilib. “Udineze” “Sampdoriya”nı 2:0, “Empoli” isə “Salernitana”nı 2:1 hesabıyla məğlub edib. Günün son matçı “Sassuola” ilə “Boloniya” arasında olub. Qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.

Bu nəticələrdən sonra, "Sampdoriya"nın A Seriyasını tərk edəcəyi dəqiqləşib. Komanda sonuncu dəfə əsas çempionatdan 2010-2011 mövsümündə kənarlaşmışdı.

Qeyd edək ki, “Napoli”nin çempionluğu vaxtından əvvəl qeyd etdiyi A Seriyasında “Yuventus” 66 xalla 2-ci, “Latsio” isə 64 xalla 3-cü pillədədir.