İsveçrə hakimiyyəti Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mümkün pozuntularını araşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Federal Prokurorluğu məlumat verib və bu mövzu ilə bağlı ətraflı məlumat verə bilməyəcəklərini vurğulayıb.

"Hazırda müxtəlif araşdırmalar davam edir, onlar haqqında əlavə məlumat verilə bilməz", - deyə prokurorluq qeyd edib.