İsveç millisinin futbolçusu Robin Olsen Avro-2024-ün seçmə mərhələsində Azərbaycana məğlub olduqları görüşü şərh edib.

İqtisadiyyat.az xəbər verir ki, qolkiper məğlubiyyətə görə utandıqlarını deyib:

"Həqiqətən, utancvericidir. Paltardəyişmə otağında bəzi şeylər dedim, amma bu, orda qaldı.

Nəticədən utanmalıyıq, mən utanıram. Burada belə pis məğlubiyyət cəhənnəm kimi əzablıdır. Baş məşqçimiz Yanne Anderssona yaxşı sonluq vermək istəyirdik, alınmadı. Bütün tənqidlərə layiqik".