İsveçin Baş naziri Ulf Kristersson cümə günü, fevralın 23-də Budapeştə işgüzar səfər edəcək.

İqtisadiyyat.az bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

O qeyd edib ki, Kristersson baş nazir Viktor Orbanın dəvəti ilə ölkənin paytaxtına səfər edəcək: "Görüşün mövzusu Macarıstan və İsveç arasında müdafiə və təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq və Macarıstanın Avropa İttifaqına sədrliyinə hazırlıq olacaq".

"Orban və Kristersson Avropa İttifaqının strateji gündəmini" də nəzərdən keçirəcəklər", - sözçü bildirib.