İsveç Ukraynaya 7,1 milyard kron (680 milyon dollar) məbləğində əlavə hərbi yardım göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson deyib.

Nazirin sözlərinə görə, bu, Stokholumun Ukraynaya göndərdiyi ən böyük yardım paketi olacaq. Paketə 155 mm-lik artilleriya mərmiləri və qumbaraatanlardan ibarət geniş çeşidli silahlar daxil olacaq.

Bundan əlavə, ayrılan vəsaitlə Kiyev gələcəkdə Ukrayna Silahlı Qüvvələri üçün döyüş maşınlarının alınmasını maliyyələşdirə biləcək.