İsveç milli komandası bu gün Azərbaycan millisi ilə oyuna qara sarğı ilə çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, oktyabrın 16-da Avro-2024-ün Belçika – İsveç matçından əvvəl qonaq komandanın iki nəfər azarkeşi Brüsseldə qətlə yetirilib. Bu səbəbdən fasilədən sonra oyun yarıçmıq dayandırılıb.

İsveç Futbol Federasiyası həmin azarkeşlərin xatirəsinə ehtiram olaraq bugünkü oyuna qara sarğı ilə çıxmaq barədə qərar verib. Bu qərar UEFA tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlanacaq