İstanbuldan Yekaterinburqa uçan "Turkish Airlines" şirkətinə məxsus "Suxoi Superjet" təyyarəsi Soçi şəhərinə qəza enişi edib.

İqtisadiyyat.az xəbər verir ki, göyərtəsində 100 sərnişin olan təyyarə kabinədə təzyiqin azalması səbəbindən eniş etmək məcburiyyətində qalıb.

Təyyarənin təhlükəsiz şəkildə endiyi bildirilir. Hava limanına təcili tibbi yardım maşınları cəlb edilib.