İsrailin xarici işlər naziri İsrail Katz Qüdsün Köhnə Şəhərində xristian din xadimlərinə qarşı hücumu pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, Katz bu barədə "X" hesabında paylaşım edib.

"Yenə Qüdsdə xristian din xadimlərinə qarşı iyrənc hadisə baş verib. Mən başqa dinlərin nümayəndələrinə qarşı iyrənc hərəkətləri qətiyyətlə pisləyirəm", - Katz yazıb.

Daha əvvəl, "The Times of Israel" xəbər verib ki, fevralın 3-də iki naməlum şəxs Qüdsün Köhnə Şəhərində xristian din xadimlərinin ünvanına tüpürüb və onları təhqir edib.