İsrailin HƏMAS qruplaşması ilə müharibəsi səbəbindən qlobal neft bazarında gərginlik yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) analitikləri məlumat açıqlayıb.

Məlumata görə, müharibə səbəbilə qlobal enerji bazarının iştirakçıları ortamüddətli perspektivdə gərgin vəziyyətdə qalmağa davam edəcəklər. Bildirilib ki, əgər döyüşlər artarsa, qlobal dəniz neft ticarəti həssas ola bilər. Bunun səbəbi qlobal xammal axınının üçdə birindən çoxunun Yaxın Şərq regionunun payına düşməsidir.

Təchizat çatışmazlığı baş verərsə, IEA-nın reaksiyasına üzv ölkələrin strateji xammal ehtiyatlarını buraxması və ya tələbi cilovlamaq üçün tədbirlər görməsi daxildir.

 

Gözəl Həşimova