İsraildə son sutkada 97 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb. Ümumilkdə 16101 yoluxma, 225 ölüm halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəstələrinin sayı azalaraq 6720 nəfər olub. Vəziyyəti ağır olan xəstələrin sayı isə 103-ə enib. Onlardan 83 nəfər süni tənəfüz cihazına qoşulub. Müalicə olunanların ümumi sayı 9156, sağalanların ümumi sayı isə 398 nəfərdir.