İsraildə keçirilməsi nəzərdə tutulan kişilər arasında su polosu üzrə Avropa çempionatı Yaxın Şərqdəki vəziyyətə görə baş tutmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Su İdmanı Federasiyasının rəsmi saytı xəbər verib.

Turnirin gələn il 3-16 yanvar tarixlərində Netanyada keçirilməsi planlaşdırılırdı. Yarışların təxirə salınması bəzi problemlərin ortaya çıxması ilə nəticələnib. Belə ki, qitə birinciliyində dünya çempionatına vəsiqə əldə edilməli idi. Hazırda Avropa Su İdmanı federasiyası fevralda Qətərdə keçiriləcək dünya su idmanı çempionatına vəsiqələrin hansı formada müəyyənləşdiriləcəyi üzərində işləyir.

Xatırladaq ki, bundan əvvəlki Avropa çempionatı Xorvatiyada keçirilib. Hazırkı Avropa çempionu, finalda Macarıstan voterpol millisini məğlub edən Xorvatiya komandasıdır. Bürünc mükafatı isə üçüncü yer uğrunda görüşdə İtaliya yığmasını məğlub edən İspaniya komandası qazanıb