İsrail hökuməti “dövlətin təhlükəsizliyinə xələl gətirən” xarici KİV-lərin bağlanması üçün fövqəladə vəziyyət qaydalarını təsdiqləyib.

Bu barədə İqtisadiyyat.az “Times of Israel”a istinadən xəbər verir.

Məlumata görə, bu sənəd “Əl-Cəzirə” telekanalının İsraildəki filialının bağlanmasına imkan verəcək. Bu təşəbbüslə ölkənin rabitə naziri Şlomo Karxi çıxış edib.

Onun fikrincə, “Əl-Cəzirə” kanalını bağlamaq lazımdır, çünki bu, milli təhlükəsizliyə ziyan vurur. Nazir hesab edir ki, “Əl-Cəzirə”nin verilişləri və reportajları İsrailə qarşı təhrik edir və ölkəyə qarşı zorakılığı təşviq edir.

 

Gözəl Həşimova