Son 24 saatda İsrail hakimiyyəti humanitar yardım daşıyan 277 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.

Məlumata görə, anklava körpələr üçün 50 inkubator da gətirilib. Bildirilib ki, İsrail hakimiyyəti Qəzza zolağına humanitar yardımı məhdudlaşdırmayıb.

 

Gözəl Həşimova