İsrail Müdafiə Qüvvələri (IDF) son 24 saat ərzində zərbələr nəticəsində və Qəzza zolağında döyüşlər zamanı onlarla terrorçunun məhv edildiyini, həmçinin fevralın 15-də başlayan xüsusi təyinatlıların əməliyyatının davam etdiyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

"IDF qoşunları Xan Yunisdə, Qəzza zolağının mərkəzi və şimal hissələrində əməliyyatlarını davam etdirir. Son 24 saat ərzində onlarla terrorçu məhv edilib və çoxlu sayda silah-sursat ələ keçirilib. İsrail ordusunun xüsusi təyinatlı qüvvələri bu ərazidə əməliyyatları davam etdirir", - məlumatda deyilir.

"Son 24 saat ərzində Qəzza zolağının mərkəzi hissəsində IDF əsgərləri 10-dan çox terrorçunu məhv edib", - deyə departament davam edib. 

"Əməliyyatların birində IDF əsgərləri ərazidəki qoşunlara doğru irəliləmək üçün arabaya silah yükləyən terrorçu dəstəni aşkar ediblər. Terrorçular PUA ilə vurulub, nəticədə onlar öldürülüb", - hərbçilər əlavə ediblər.