İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Hanun şəhərinə hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. 

Məlumata görə, Beyt Hanun güclü artilleriya atəşinə məruz qalıb. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. Bundan əlavə, Qəzza şəhərinin bəzi bölgələrinə də hava zərbələri endirilib.