İsrail ordusu Livan ərazisindən İsrailin şimalındakı sərhəd bölgələrinə mərmi atıldığını qeydə alıb və cavab atəşi açıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Livan ərazisindən İsrailin şimalındakı Ərəb əl-Aramşe, Sasa və Dovev əraziləri istiqamətində bir sıra atışlar qeydə alınıb. IDF artilleriyası Livandakı atəş mənbələrinə zərbələr endirir", - məlumatda deyilir.

Bundan əlavə, ordunun məlumatına görə, Livandan atılan bir neçə mərmi İsrail ərazisinə çatmayıb.