İsrail ordusu Livandan doqquz raket atıldığını qeydə alıb, onlardan dördü hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalında səslənən sirenlərin ilkin məlumatından sonra Livan ərazisindən İsrailə daxil olan doqquz raket buraxılışı qeyd edilib. Dörd buraxılış İDF hava hücumundan müdafiə sistemləri tərəfindən dayandırılıb", - məlumatda deyilir.

Bundan əlavə, hərbçilər bildiriblər ki, son bir saat ərzində ordu Livan sərhədi yaxınlığında yerləşən Metula, Malkiya və Manara yaşayış məntəqələri ərazisində bir neçə dəfə tank əleyhinə raketlərin buraxılışını qeydə alıb.