İsrail hərbçiləri Livanın paytaxtı Beyrutun Dahiya bölgəsinə hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" hesabında bildirilib.

"Ordu hazırda Hizbullah terrorçularının ən çox məskunlaşdığı Dahiya bölgəsinə hədəfli zərbələr endirir", - məlumatda qeyd olunub.

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Livanın şiə Hizbullah hərəkatına qarşı məhdud quru reydləri həyata keçirib. İsrail ordusu sərhədə yaxın kəndlərdə əhali üçün təhlükə yaradan lokallaşdırılmış, hədəflənmiş quru əməliyyatları aparıldığını bildirib.