Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edib. O bildirib ki, Netanyahu vaxtilə Hitler kimi bəşəriyyət tərəfindən dayandırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə dövlət başçısının bu fikri "X" hesabında paylaşılıb. 

Ərdoğanın kəskin açıqlamalarına səbəb Qəzzada başlayan münaqişənin ildönümü olub. Türkiyə prezidenti vurğulayıb ki, İsrail gec-tez il ərzində həyata keçirdiyi və hələ də davam etdirdiyi bu soyqırımın əvəzini verəcək:

"Qəzzada, Fələstində və bu gün Livanda ölənlər təkcə qadınlar, uşaqlar, körpələr və günahsız dinc sakinlər deyil.  Həm də insanlıq, bəşəriyyətə xidmət etməsi gözlənilən qurumlar, beynəlxalq sistemdir".