İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Qalkilya, Əl-Arrub və Tulkarm qaçqın düşərgələrində gecə boyu genişmiqyaslı reydlər həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, hərbçilər işğal olunmuş İordan çayının qərb sahilində bir neçə yaşayış məntəqəsində gecə ərzində reydlər keçirib. Qüvvələr Tulkarm şəhərinə hücum etmək üçün göndərilib.