"Fevralın 14-də Livanda Hizbullah partiyasının silahlı qanadının Radvan təxribat bölməsinin komandirlərindən biri və onun müavini zərbələr zamanı öldürülüb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Dünən axşam "Radvan Hizbullah" qüvvələrinin yüksək rütbəli komandiri və onun müavini, həmçinin daha bir terrorçu məhv edilib", - məlumatda deyilir.

"Terrorçular İDF təyyarəsinin Nəbatiyyədə (Livan) Hizbullah hərbi strukturuna qarşı həyata keçirdiyi dəqiq hava zərbəsi nəticəsində məhv edilib", - deyə mətbuat xidməti əlavə edib.