"İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında tibb mərkəzində inkubatorlarda gizlədilən silahları aşkarlayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" nəşri ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

IDF-nin bəyanatında qeyd edilib ki, hərbçilər Baş Təhlükəsizlik Xidməti ilə birlikdə Kamal Avdan xəstəxanasında genişmiqyaslı əməliyyat keçirib. Oktyabrın 7-də törədilən hücumda iştirak edənlər də daxil olmaqla, 90-a yaxın insanın terror fəaliyyətində şübhəli bilinərək saxlanıldığı bildirilir.

Dindirilmə zamanı saxlanılan xəstəxana əməkdaşları yeni doğulmuş reanimasiya şöbəsində vaxtından əvvəl doğulmuş körpələrə qulluq etmək üçün nəzərdə tutulmuş inkubatorlarda silahların gizlədildiyini bildiriblər. Bundan əlavə, xəstəxanada məxfi sənədlər və rabitə vasitələri aşkar edilib.