UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan İsrailin qrupunun 2 oyununun Macarıstanda keçiriləcəyini açıqlayıb.

İqtisadiyyat.az  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  I qrupda yer alan İsrail noyabrın 15-də İsveçrə, 18-də isə Rumıniya ilə qarşılaşacaq.

UEFA İsraildəki mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq bütün yarışları təxirə saldığını açıqlamışdı.