İsrail özünə təhlükə hesab etdiyi hücumlardan qorunmaq üçün Aralıq dənizində sualtı donanmasını yerləşdirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin "Bohl" nəşri məlumat yayıb.

Məlumata görə, Aralıq dənizində təkcə Amerika təyyarədaşıyıcıları deyil, 7-ci Sualtı Donanması da müharibənin ilk günündən Aralıq dənizində yerləşdirilir.

Bildirilib ki, HƏMAS İsrailə təkcə qurudan və havadan deyil, dənizdən də zərbə endirməyə qadirdir.

 

Gözəl Həşimova