“İngiltərə əlaqələri” olan 7 nəfərin həbsindən sonra İrandakı britaniya vətəndaşları bu ölkəni tərk etməyə çağırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin deputatı Alicia Kirns bildirib.

İran rejim əleyhinə tüğyan edən etirazlar zamanı günahı xarici güclərin üzərinə atmaq üçün xarici vətəndaşlar həbs edilir.

Kirns bütün qərbliləri bu ölkəni mümkün qədər təhlükəsiz tərk etməyə çağırıb.

Qeyd edək ki, sözügedən 7 nəfərin “Zaqros” kod adlı qrupun üzvləri olduğu və Kirman vilayətində həbs edildiyi açıqlanıb.