İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında baş verən qarşıdurmada 4 əsgərin öldüyünü açıqlayıb:

"Sərəvan çölü sərhəd bölgəsində bir terror qruplaşması ilə İnqilab Keşikçiləri Ordusu qüvvələri arasında baş verən qarşıdurmada leytenant Məhəmməd Quderzi və yarımhərbi qüvvələr (Besic) Rahimbahş Perkey, Hamidriza Abidi və Mahmudnik Hahzade həyatını itirib."

Açıqlamada silahlı qrupun münaqişə zamanı sərhədi keçərək Pakistana qaçdığı qeyd edilib.`