İranda daha 196 nəfər pandemiyanın qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 2 636 yeni yoluxma faktı qeydə alınıb. 

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 298 909-a yüksəlib. Onlardan 16 343 nəfəri ölüb, 259 116 nəfəri sağalıb. Report