İranda COVID-19 virusundan ötən gündən 229 nəfər dünyasını dəyişib ki, bu da indiyədək qeydə alınan ən yüksək gündəlik ölüm sayıdır.

Ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Sima Sədət Lari son 24 saat ərzində koronavirusa yoluxanların daha 2 625 nəfər artaraq 278 827 nəfərə çatdığını bildirib.

Yoluxanlardan 14 634 nəfər ölüb, 242 351nəfər sağalıb.report