"Qəzza zolağında quru əməliyyatı başlasa, İsrail yeni cəbhələrin açılması ilə üzləşəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İbrahim Əzizi bildirib.

"İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, indiki kimi bir deyil, bir neçə cəbhənin açılması ilə üzləşəcək”, - deyə o, bildirib.

Xatırladaq ki, bundan əvvəl İran İsrail quru əməliyyata başlayanda müdaxilə etməyə hazır olduğunu bəyan edib .

 

Gözəl Həşimova