İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən tankeri ələ keçirib və 12 nəfəri saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumatda İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 330 min litr qaçaqmal yanacaq daşıdığı aşkarlanan tankerin ələ keçirildiyi bildirilib.

Tankerdə olan 12 nəfər saxlanılıb.

Qeyd edək ki, hələlik məsələnin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.