Aprelin 28-də, saat 11:00-da iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Vətəndaşların qəbulu şəhərin Bakı prospekti, 45 ünvanında yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində olacaq.

Qəbula gəlmək istəyənlər nazirliyin internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud "195-1" Çağrı Mərkəzinə zəng etməklə müraciət edə bilərlər.