İtaliyanın “Calcio e Finanza” nəşri “İnter”in futbolçularının maaşları ilə bağlı məlumat yayıb. Mənbəyə inansaq, hazırda milanlıların ən çox maaş alan futbolçusu yarımmüdafiəçi Hakan Çalhanoğludur.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə millisinin futbolçu bir mövsümdə təxminən 6,5 milyon avro qazanır. Hücumçular Lautaro Martines və Markus Türam ildə 6 milyon avroya sahib olurlar.

Milan klubunda maaş cədvəlinin ilk onluğu belədir:

1. Hakan Çalhanoğlu – 6,5 milyon avro

2-3. Lautaro Martines və Markus Türam – 6 milyon avro

4. Alessandro Bastoni – 5,5 milyon avro

5. Benjamin Pavar – 5 milyon avro

6. Nikolo Barella – 4,5 milyon avro

7-8. Stefan de Vrey və Henrix Mxitaryan – 3,8 milyon avro

9-10. Marko Arnautoviç və Davide Frattesi – 3 milyon avro

Göstərilən rəqəmlər vergilərdən sonra qalan maaşlardır