ABŞ-ın çip istehsalçısı "Intel" İsrailin çip istehsalçısı "Tower Semiconductor"u almaq üçün imzaladığı 5,4 milyard dollarlıq müqaviləni ləğv edə bilər. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, "Intel" müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmağı planlaşdırmır və bunun əvəzinə "Tower"a 353 milyon dollar ayırma haqqı ödəyəcək.

İddiaya görə, 2022-ci ilin fevralında "Tower"ı almaq üçün müqavilə imzalayan "Intel" Çin tənzimləyici qurumlarından satınalma üçün vaxtında icazə almayıb. Çinin dövlət bazarlarına nəzarət və tənzimləmə administrasiyasının nümayəndələri isə yayılan iddia ilə bağlı susqunluq nümayiş etdirirlər.

Gülşən Şərif