İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

İqtisadiyyat.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda altı oyunçu yer alıb.

Mükafata "Arsenal"dan Bukayo Saka və Martin Edeqor, "Mançester Siti"dən Erlinq Holann və Kevin De Brüyne, "Mançester Yunayted"dən Markus Reşford və "Tottenhem"dən Harri Keyn iddia edir.

Qeyd edək ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticələri iyunda açıqlanacaq.