İndoneziyada son sutka ərzində 1 882 nəfərdə yeni növ koronavirus aşkar edilib, 139 COVID-19 xəstəsi virusun qurbanı olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, İndoneziyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının ümumi sayı 91 751-ə çatıb. Eyni zamanda, 4 545COVID-19 xəstəsi ölüb, 50 255 nəfər virusdan sağalıbsa, 37 037 nəfər hazırda müalicə alır.report