İndoneziya milli iqtisadiyyatı stimullaşdırmaq üçün xarici fərdi və korporativ investorları cəlb etmək məqsədilə qızıl viza sistemini tətbiq edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.

Məlumata görə, qızıl viza 5 ildən 10 ilə qədər ölkədə yaşayış icazəsi verir. 5 illik viza fərdi investorlardan 2,5 milyon dollarlıq şirkət yaratmağı, 10 illik viza isə 5 milyon dollarlıq investisiya tələb edir. Eyni zamanda, korporativ investorlar 5 illik viza üçün 25 milyon dollar, 10 illik viza almaq üçün isə 50 milyon dollar sərmayə qoymalıdırlar. 

 

Gözəl Həşimova