“Mançester Siti”də çıxış edən  ulduz futbolçu İlkay Gündoğan da episentri Kahramanmaraş olan zəlzələ fəlakətlərinə səssiz qalmayıb. İlkay Gündoğan zəlzələ bölgəsinə böyük kömək edib.

İqtisadiyyat.az xəbər verir ki, türk əsilli alman futbolçu həyat yoldaşı Sara Gündoğan ilə zəlzələ bölgəsinə iki TIR çörək bağışlayıb.

Balıkəsirdən qida xidməti göstərən şirkətlə razılığa gələn İlkay Gündoğan, içində çoxlu ərzaq olan yardımları  yeraltı təkan bölgəsinə göndərib.

 “Ailəm və mən hadisələri çox yaxından izləyirik. Bizim niyyətimiz indi böhran bölgələrində olan insanlara kömək etməkdir.Belə məqamlarda ortada olmaq hamımız üçün çox dəyərlidir. İnsanlar bizim köməyimizə güvənir”.