Azərbaycanda uzun illərin ənənəsinə görə, Məhərrəm ayında xeyir işlər keçirilmir.

Təxminən iki ay müddətində şadlıq sarayları toy, nişan və digər bənzər məclisləri qəbul etmir. Daha doğrusu bu məqsədlə müraciət edənlər ya olmur, ya da minimal həddə olur. 

Bəs əslində bu ayda toy etmək olarmı? Yaxud toy etmək istəyənlər varmı? Bu suallardan yola çıxan ARB TV-nin “Günə doğru” layihəsinin əməkdaşları mövzu ilə bağlı süjet hazırlayıblar. 

İlahiyyatçı Ağa Hacıbəyli dində hər hansısa bir ayda toy etmək qadağasının olmadığını bildirib. O, toyların olmamasını azərbaycanlıların imama olan sevgi və hörmətləri ilə əlaqələndirib. 

İqtisadiyyat.az “Günə doğru”da yayımlanan sözügedən süjeti təqdim edir: