İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livandakı Hizbullaha məxsus hərbi binaya və obyektə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"IDF döyüşçüləri Hizbullahın obyektinə və hərbi binasına zərbələr endiriblər", - bəyanatda deyilir.

"Bundan əlavə, IDF-nin təyyarəsi Livanda terror qruplaşmasına zərbə endirib", - deyə mətbuat xidməti əlavə edib.