Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) ilə İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb

"Ölkəmizdə səfərdə olan ICIEC-in baş icraçı direktoru Ussama Kayssi ilə görüşdük. İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsini, eləcə də ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivlərini müzakirə etdik", - nazir qeyd edib