Yəmənin Husilər hərəkatı Ədən körfəzində iki Amerika gəmisinə raket zərbələri endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən donanması iki yüksək keyfiyyətli əməliyyat həyata keçirib və bu əməliyyat zamanı onlar Ədən körfəzində iki Amerika gəmisinə - Dəniz Çempionu və Navis Fortunaya hücum ediblər. Əməliyyatlar bir sıra gəmi əleyhinə raketlərdən istifadə edilərək həyata keçirilib", - Səriyə qeyd edib.