Yəmənin Husi üsyançı hərəkatı Ədən körfəzində Britaniyaya aid olduğunu müəyyən etdiyi "Lycavitos" gəmisinə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən donanması Ədən körfəzində birbaşa gəmi əleyhinə raketlərlə vurulan Britaniya gəmisinə qarşı əməliyyat keçirib", - Səriyə Husilərin nəzarətində olan "Əl Məsirə" telekanalında deyib.