Husilər Qırmızı dənizdə Britaniya və Amerika ticarət gəmilərinə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya "X" sosial şəbəkə hesabında məlumat verib.

"Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə iki hərbi əməliyyat keçirib. Birincisi Amerikanın “Nasia Star” gəmisinə, digəri isə Britaniyanın “Morning Tide" gəmisinə yönəlib. Hədəflər birbaşa zərbə ilə vurulub”, - deyə o qeyd edib.

Bundan əvvəl Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, husilər Yəmənin Hudeyda limanından 105 kilometr qərbdə ticarət gəmisinə hücum edib. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat yoxdur.