Hollandiyanın baş naziri Mark Rutte ölkəsinin köləlik tarixinə və qul ticarətindəki roluna görə hökuməti adından rəsmi olaraq üzr istəyib.


İqtisadiyyat.az xəbər verir ki, İnzibati paytaxt Haaqada Hollandiya Milli Arxivində təşkil edilən mərasimdə çıxış edən Rutte ölkəsinin quldarlıq tarixinə və qul ticarətindəki roluna görə hökuməti adından üzr istəyib.

Rutte, "Əsrlər boyu Hollandiya dövləti adına bir çox insan əmtəələşdirilib, istismar edilib və sui-istifadə edilib. İnsan ləyaqəti Hollandiya dövləti tərəfindən əsrlər boyu tapdalanıb. Milyonlarla insan bu cinayətdən əziyyət çəkib və əziyyət çəkir. Hollandiya da öz payını qəbul etməlidir", - deyə qeyd edib.

Rutte, əvvəlki hökumətlərin ölkənin köləlik tarixini qəbul etmədiyini ifadə edərək, Hollandiya hökuməti adından üzr istədiyini bildirib.

Baş nazir Rutte vurğulayıb ki, hökumət köləliyin tarixi ilə bağlı məlumatlılığın artırılması üçün 200 milyon avro maliyyə ayıracaq.