Hindistanın Andhra Pradeş ştatında siyasi partiyanın təşkil etdiyi mitinqdə izdiham nəticəsində 7 nəfər həyatını itirib.

Andhra Pradeş əyalətinin keçmiş baş naziri Nara Çandrababunun rəhbərlik etdiyi Teluqu Desam Partiyasının ştatın cənubundakı Nellore şəhərində təşkil etdiyi mitinqdə izdiham yaşanıb.

Hadisə yerinə çoxlu sayda sağlamlıq qrupu göndərilib, yaralılara tibbi yardım göstərilib.

Teluqu Desam Partiyası hadisədə həyatını itirən insanların ailələrinə təzminat ödəyəcəyini açıqlayıb.