Hindistanda son sutkada 12 459 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 1 mln. 531 min 669 nəfərə yüksəlib. Cənubi Asiyanın bu ölkəsində son sutkada768 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 34 193nəfərə çatıb.

Məlumata görə, hazırda xəstəxanalarda 504 447 pasiyent müalicə alır, 988 029 nəfər isə sağalaraq evə buraxılıb.